Cümə , Noyabr 27 2020
Home / Digər / İncəsənət / “Azərbaycan Vokalçıları” festivalının növbəti turu Naxçıvanda baş tutub-FOTO

“Azərbaycan Vokalçıları” festivalının növbəti turu Naxçıvanda baş tutub-FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan Vokalçıları” festivalının növbəti turu Naxçıvanda baş tutub. Festival çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında konsert proqramı təşkil olunub.

MediAktiv.Az NAXCİVANXEBERLERİ.COM-a istinadla xəbər verir ki, konsertdə “Azərbaycan vokalçıları” festivalının ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və onun müavini Riad Quliyev, xalq artisti Samir Cəfərov da iştirak edib. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev, həmçinin gənc ifaçılar Rahim Əsgərzadə və İlkin Abdullayev görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert musiqisevərlərdə xoş ovqat yaradıb.

Həmçinin oxuyun

Naxçıvan teatrı 138-ci mövsümünə başlayıb

Sentyabrın 25-də görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə …