Çərşənbə , Oktyabr 23 2019
Home / Digər / İncəsənət / Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu

Bu gün Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sentyabrın 23-də nazir Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib.

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr verən məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.

Həmçinin oxuyun

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu – FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən …