Cümə , Aprel 16 2021
Home / Digər / İncəsənət / Gənc rəssam Mirilqar Seyidovun fərdi hesabat və yaradıcıllıq sərgisi təşkil olunub-FOTO

Gənc rəssam Mirilqar Seyidovun fərdi hesabat və yaradıcıllıq sərgisi təşkil olunub-FOTO

12 yanvar 2021-ci il tarxində  Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc Rəssamlar Bölməsinin üzvü Mirilqar Seyidovun hesabat və yaradıcıllıq sərgisi keçirilib.

MEDIAKTIV.AZ  xəbər verir ki,  tədbiri giriş sözü ilə  Azərbaycan Respublikasının Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq sərginin keçirilməsinin əhəmiyyətindən və rəssamın özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirilib ki, Mirilqar Seyidov yaradıcılığı tanınan və seviləndir.

Qeyd edib ki, Mirilqar Seyidov 24 noyabr 1996-cı ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildə Hüseyn Cavid adına 5№-li məktəbə daxil olub və 2014-cü ildə bitirib. 2014-cü ildə Naxçıvan Dövlət Universiteti İncəsənt fakultəsi rəngkarlıq ixtisası üzrə təhsil alıb. 2016-cı ildə Naxçıvan şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbində müəllim fəaliyyətinə başlayıb. 2019-cu ildə həmin məktəbdə fərdi yaradıcıllıq sərgisi keçirilib. 2020-ci ildə Naxçıvan Rəssamlar Birliyinin nəzdində yaradılan Gənc Rəssamlar Birliyinin üzvü seçilib.

Ülviyyə Həmzəyeva gənc rəssamı rəssamı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə həmçinin  Ərtoğol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin direktoru Əbulfət Babayev , Azərbaycan Respublikasının xalq rəssamı  Hüseynqulu Əliyev və başqaları çıxış edərək gənc rəssamı təbrik ediblər.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərgidə gənc rəssamın müxtəlif janrlarda Naxçıvanı tərənnüm edən 30 əsəri nümayiş olunub.

Həmçinin oxuyun

Naxçıvan teatrı 138-ci mövsümünə başlayıb

Sentyabrın 25-də görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə …