Şənbə , İyul 20 2019
Home / Digər / İncəsənət / Metin Şentürk necə kor olub? — Müğənni ilk dəfə danışdı

Metin Şentürk necə kor olub? — Müğənni ilk dəfə danışdı

Məşhur müğənni Metin Şentürkün kor olma səbəbini çox az adam bilir.

Mediaktiv.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Şentürk uşaq vaxtı başına gələn və kor olmasına səbəb olan faciədən danışıb.

Anasını həyatının memarı adlandıran müğənni deyib: “Yeddi uşaqlı bir ailənin övladıyam. İstanbulun Fatih səmtində yaşayırdıq. Bir gün evimizi rəngləyirmişlər. Mən də yuxuda olduğum üçün stolun üstünə qoyublar. Bir müddət sonra oyanmışam. Oyananda yıxıldım və başımın arxası üstə yerə düşdüm. Elə bu səbəbdən kiçik beyin hissəsi zədələndi və görmə qabiliyyətini itirdim. Taledir. Yaşamaq üçün də, ölmək üçün də bir səbəb lazımdır”.

Bundan başqa Metin 8 il internat məktəbində qaldığını da deyib: “İbtidai sinifə gedəndə çox xoşbəxt idim. Amma anam məni orada saxladı. Bu anlar həyatımın ən acı xatirələridir. 8 il internatda oxumuşam. Məktəbə alışana qədər çox çətinliklər çəkdim. Telefonla danışmaq da qadağan edilmişdi”.

Həmçinin oxuyun

“Dihaj” finala!

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi keçirilib. Birinci yarımfinalda 18 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir