Cümə axşamı , Noyabr 21 2019
Home / Digər / İncəsənət / Meyxanaçı Kərim yaddaşını itirib

Meyxanaçı Kərim yaddaşını itirib

    Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir.

   Mediaktiv.az-ın məlumatına görə, bunu AzVision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.

  “Yanına çox adamı buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Həkimlər deyib ki, hələ bir müddət reanimasiyada qalacaq. Vəziyyəti düzələrsə, palataya köçürəcəklər. Kərim çox adamı tanımır.

    Bizim üçün də gözlənilməz oldu. Kərimin halı birdən–birə pisləşib. O, qəfildən insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”.

Həmçinin oxuyun

“Qızıl Palma” mükafatçısı Bakıya gəlir

Bu gün Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək. “Sinema” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir