Çərşənbə , Oktyabr 23 2019
Home / Digər / İncəsənət / Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb

Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb

Yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanan eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, açılışı münasibətilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yarandığı gündən indiyə qədər dünya dramaturgiyasından 100-ə yaxın əsəri səhnəyə qoyan Naxçıvan teatrı millilik və bəşəriliyi vəhdətdə saxlayaraq həmişə zəngin və rəngarəng repertuar yaratmağa diqqət yetirib, zamanın sərt sınaqlarından çıxaraq xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında əhəmiyyətli rol oynayıb.
Sonra “Ehsan xan Kəngərli” tamaşası göstərilib

Həmçinin oxuyun

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu – FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən …