Bazar , İyun 20 2021
Home / Digər / İncəsənət / Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

Sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublika Bədii yaradıcılıq baxış-müsabiqəsində iştirak edən muxtar respublika təmsilçilərindən Salmanov Sənan Əbülfəz oğlu uğurla çıxış edərək, müsabiqədə II yerə layiq görülüb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sözügedən iştirakçı muxtar respubıikada fəaliyyət göstərən sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” musiqi qrupunun üzvüdür. Sənan Salmanov Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma (xanəndəlik və vokal), rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsinin qalibi kimi, VIII Ümumrespublika Bədii yaradıcılıq baxış-müsabiqəsində iştirak edib.

Həmçinin oxuyun

Gənc rəssam Mirilqar Seyidovun fərdi hesabat və yaradıcıllıq sərgisi təşkil olunub-FOTO

12 yanvar 2021-ci il tarxində  Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda …