Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Digər / İncəsənət / Təmsilçimiz bu gün səhnəyə çıxacaq – ilk yarımfinal – VİDEO

Təmsilçimiz bu gün səhnəyə çıxacaq – ilk yarımfinal – VİDEO

Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk yarımfinalda çıxış edəcək.

Mediaktiv.az axşam.az-a istinadən xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə təmsilçimiz “Skeletons” mahnısını ifa edəcək.

Ölkəmizdən başqa, ilk yarımfinalda iştirak edəcək ölkələr bunlardır:

İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya, Latviya.

Qeyd edək ki, Dihaj müsabiqədə 8 nömrə altında çıxış edəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

 

Həmçinin oxuyun

Bəhram Bağırzadə: Mehriban Əliyevanın bu nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə bir gündə 650 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir