Bazar ertəsi , Aprel 6 2020
Home / Digər / İncəsənət / Türkiyədə Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub

Türkiyədə Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub

Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub.

Mədəniyyət Nazirliyindən  verilən məlumata görə, layihə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə türk dünyasında “Nəsimi ili” elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri – Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar. Digər obrazlarda da teatrın tanınmış aktyorları çıxış ediblər.

“Nəsimi” baletinin teatr mövsümü ərzində səhnələşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il ölkədə “Nəsimi ili” elan olunub.

Həmçinin oxuyun

İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın …