Çərşənbə , Oktyabr 23 2019
Home / Digər / İncəsənət / Violonçel ifaçısı Veliçka Yoçeva və pianoçu Murad Hüseynov birlikdə çıxış edəcəklər

Violonçel ifaçısı Veliçka Yoçeva və pianoçu Murad Hüseynov birlikdə çıxış edəcəklər

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert verəcəklər.

Mediaktiv.az-ın məlumatına görə, Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. 

Konsert saat 19:00-da başlayır. Biletləri iTicket.az-dan əldə etmək mümkündür.

Qeyd edək ki, məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı Monreal Universitetində elmi fəaliyyətini davam etdirir. 

Həmçinin oxuyun

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu – FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən …