Bazar ertəsi , Dekabr 9 2019
Home / Digər / İncəsənət / Virciniya Vulf – Ədəbiyyatda feminist inqilabı edən qadın

Virciniya Vulf – Ədəbiyyatda feminist inqilabı edən qadın

Feminizm və ədəbiyyatda fikir axını texnikası deyiləndə ağla ilk gələnlərdən biri Virciniya Vulf olur.
25 yanvar 1882-ci ildə Londonda dünyaya gələn yazıçı daha çox “Özünə aid bir otaq”, “Mayaka doğru”, “Dalğalar”, “Missis Dallouey” əsərləri ilə tanınır.

Adi bir fikirlə başlayıb bir neçə dəqiqə sonra insanı tamamilə başqa mövzuda düşündürməyə başlayan fdüşüncə zənciri – fikir axını Vircinya Vulfun əsərlərində istifadə etdiyi əsas texnika idi. Məh bu vasitə ilə o, yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilirdi. Bununla da yazıçı qaydalardan və qəliblərdən kənara çıxıb ədəbiyyatda modernist hərəkatın əsas nümayəndələrindən oldu.

V. Vulf yaşadığı dövrdəki qadın-kişi bərabərsizliyinə görə bacıları ilə eyni taleyi yaşayıb, yəni məktəbə göndərilməyib. Lakin atasının kitabxanası vasitəsilə özünü inkişaf etdirərək qadın olmağın bədbəxt taleyindən imtina edib. O, patriarxal cəmiyyət quruluşunu məhv etməyə qərarlı idi. V.Vulf feminist manifest sayılan “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş zaman yaradın və yazın, kişilər nə deyər deyə düşünmədən yazın” sözləri ilə Viktoriya dövrü qadınlarının mayakına çevrilir.

Güclü şəxsiyyəti, qeyri-adi düşüncələri olsa da, həssas xarakteri onun həyatını qısaldır. II Dünya müharibəsinin başlamasından dərhal sonra yazıçıda xroniki hala çevrilən sayıqlamalar onun üçün dözülməz həddə çatır. O, 28 mart 1941-ci ildə ciblərinə daş dolduraraq özünü evlərinin yaxınlığındakı Ouse çayına atır.

Vulfun məzar daşında “Dalğalar” adlı kitabındakı bu cümlə yazılıb:

Özümü sənə doğru atacağam, yenilmədən və boyun əymədən, ey ölüm!

Kitablarını oxumaqla yanaşı “The hours” filmini izləməklə ədəbiyyat və feminizm tarixində iz qoyan bu qadının zehninə səyahət etmək olar. Film “Missis Dallouey” kitabı əsasında çəkilib və fərqli dövrlərdə yaşayan 3 qadının bir gününü birləşdirir. Filmdə V.Vulfu canlandıran Nikol Kidman “Oscar” mükafatına layiq görülüb.

Həmçinin oxuyun

Azərbaycanlı gənc Tbilisidə qısametrajlı film festivalının qalibi olub

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub. APA-nın …