Çərşənbə , Oktyabr 23 2019
Home / Digər / İncəsənət / Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev növbəti dəfə Türkiyəyə müalicəyə gedib.

Bu barədə Xalq artisti Mənsum İbrahimov məlumat verib. 

Onun sözlərinə görə, Xalq artisti dünən növbəti dəfə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Hazırda Arif Babayevin vəziyyəti yaxşıdır. Səhhətində hər hansı problem yoxdur. Xalq artistinin həkimi Türkiyədə olduğu üçün tez-tez ora müayinələrə və fizioterapiyaya gedir.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Həmçinin oxuyun

Marneulidə azərbaycanlılar üçün konsert təşkil olundu – FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən …