Cümə axşamı , Noyabr 21 2019
Home / Digər / İntihar Meşəsi

İntihar Meşəsi

      Aokigahara – Yaponiyaya məxsus olan Honshu adasında, Fuji dağının ətəyində yerləşən bir meşədir. Həyatı ilə vidalaşmaq istəyənlər üçün dünyanın ən məşhur yeridir. Hər il burada 80 – 100 nəfər intihar edir.

    Meşədə intiharların başlaması təxminən 1950-ci ildən hesablanır. Yarım əsr boyunca Aokigahara meşəsi 500-dən çox bədən və ruhu könüllü şəkildə alıb. Deyilənə görə, intihar dalğası Seyko Macumotonun “Ağaçların qara dənizi” adlı romanından sonra dəb halı alıb. Əsərin 2 personajı əl-ələ verib, bu meşədə özlərini asmağa (intihar etməyə) gedirlər. Meşə o qədər sıx və kölgəlidir ki, hətta günün günorta çağı orada qaranlıq və qorxulu bir yer tapmaq olar. Aokigahara meşəsində gəzəndə nəinki cəsədlərə, həmçinin skeletlərə və intihar üçün hazırlanmış iplərə də rast gəlmək olur. Və üzərində “Həyat qiymətsiz olan vergidir”, “Xahiş edirik bir daha düşünün!”, “Ailəniz haqqında fikirləşin” yazıları olan çoxlu stendlərə də rast gəlmək olur. 1970-ci ildə məsələyə dövlət tərəfindən diqqət yetirilməyə başlandı. Hər il bir qrup meşədən təzə cəsədləri təmizləmək üçün ora yollanır. Təmizlənən sahə 35 kv km-dir.

Həmçinin oxuyun

“YouTube”da ilk dəfə şərh 1 milyon “layk” yığdı – FOTO

BERLIN, GERMANY – NOVEMBER 19: The Logo of video-sharing website YouTube is displayed on a …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir