Çərşənbə axşamı , İyun 15 2021
Home / Digər / Jurnalistlərin Ağdama səfəri başlayıb

Jurnalistlərin Ağdama səfəri başlayıb

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri başlayıb.

MEDIAKTIV.AZ-ın xəbərinə görə, məqsəd rayonda həyata keçirilən quruculuq və abadlıq işləri ilə tanış olmaqdır.

Jurnalistlər səfər çərçivəsində Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində və Şahbulaq qalasında olacaqlar.

Həmçinin media nümayəndələri təməli qoyulan Bərdə-Ağdam avtomobil yolu, Ağdam Sənaye Parkı, Ağdam şəhər meşə-parkı, Ağdam şəhər 1 saylı məktəbi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, yeni yaradılacaq Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfər edib. Səfər çərçivəsində dövlət başçısına Ağdam şəhərinin Baş Planı təqdim olunub.

Həmçinin oxuyun

Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı

Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb. MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə yeni şaxtanın …