Cümə , Oktyabr 23 2020
Home / Digər / Kürdəmirdə pambıq tarlasında faciə

Kürdəmirdə pambıq tarlasında faciə

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Mediaktiv.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb.

İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq öldüyü müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır.

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …