Cümə , İyun 21 2019
Home / Digər / Araşdırma / Məzarı açanda gördüklərinə inanmadılar – Tarix dərsliklərini dəyişəcək tapıntı!

Məzarı açanda gördüklərinə inanmadılar – Tarix dərsliklərini dəyişəcək tapıntı!

Misirdəki antik “Krallar Vadisi” yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb.

Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.

Əl-Anani mumyalardan birinin böyük ehtimalla, antik şəhərdə sülh hakimi olaraq fəaliyyət göstərmiş bir idarəçi Userhatın mumiyası olduğunu və 18-ci Misir xanədanı dövründən qaldığını sözlərinə əlavə edib.

Misir fironlarının məzarlarının olduğu məşhur “Krallar Vadisi” yaxınlığındakı arxeoloji qazıntını aparan Mustafa Əl Vəziri “ölülər şəhəri”ndə onlarla tarixi əsərlərlə yanaşı, fironlara aid 6 mumiya, tabut və heykəllər aşkar edildiyini açıqlayıb.

Əl Vəziri: “Məzar kiçik olsa da, içərisində xeyli sayda rəngli maska ​​var. Arxeoloji qazıntı zamanı məzardakı mumiyaların naməlum bir xəstəlikdən öldükləri aydın olub”.

O,  bundan əlavə, 1050-dən çox tarixi heykəl tapıldığını, qazıntıların davam etdiyini qeyd edib.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir