Çərşənbə axşamı , Sentyabr 17 2019
Home / Digər / Meyxanaçı Kərim vəfat edib?

Meyxanaçı Kərim vəfat edib?

    “Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərim (Kərim Novruzov) artıq palataya köçürülüb”.

      Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.

      O bildirib ki, dünən günortadan sonra onun səhhətində yaxşılaşma hiss olunub: “Dünən reanimasiyadan çıxardılıb, palataya köçürülüb. Özünü çox yaxşı hiss edir. Ayağa da qalxıb. Huşunu da itirməyib. Hamımızı tanıyır, söhbət edir”.

      Ağakərimin bacısı oğlu bildirib ki, meyxanaçı yaxın günlərdə evə buraxılacaq: “Həkimdən olsa günü sabah onu ev buraxar. Sadəcə biz istəyirik 3-4 gün palatada qalsın. Tamam sağalsın, sonra evə aparaq”.

     O, həmçinin bəzi saytların tiraj xətrinə yalan xəbərlər yazmasına da etiraz edib: “Səhərdən mənim də, dayımın da telefonu dayanmır. Yalan xəbər yazmasınlar, dayım sağ-salamatdır”. 

     Qeyd edək ki, bu gün bəzi KİV-lər meyxanaçı Ağakərimin dünyasını dəyişdiyi barədə məlumat yayıblar.

Həmçinin oxuyun

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Mediaktiv.az APA -ya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir