Bazar ertəsi , Aprel 19 2021
Home / Digər / Muxtar respublikada yaz-yay aylarında 232 hektaradək sahədə yaşıllıq sahələri salınacaq-FOTO

Muxtar respublikada yaz-yay aylarında 232 hektaradək sahədə yaşıllıq sahələri salınacaq-FOTO

Muxtar respublikada yaz-yay aylarında 231,8 hektar sahədə aparılacaq yaşıllaşdırma, meşəsalma və meşə-bərpa tədbirlərinin görülməsi üçün hazırlıq işlərinə başlanılıb.

MEDİAKTİV.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər, rayon icra hakimiyyətləri tərəfindən aparılacaq yaşıllaşdırma tədbirləri zamanı 49,1 hektar sahədə meyvə, 6,3 hektar sahədə üzüm, 127 hektar sahədə toxumla əkin, 2 hektar sahədə toxmacarlıq və qələmkökləndirmə, 47,4 hektar sahədə isə tinglə bərpa işlərinin aparılması planlaşdırılır.

Yaşıllıq sahələrinin salınmasında istifadə olunacaq ting materialları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatlarından, Naxçıvan Yaşıllaşdırma Xidmətinin “İqlim otağı”nın və rayon icra hakimiyyətlərinin balansında olan tingçilik sahələrindən tədarük olunacaq.

Həmçinin oxuyun

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub.  MEDİAKTİV.AZ Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata …