Cümə axşamı , May 13 2021
Home / Digər / Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakultəsində universitetin ilk məzunları ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakultəsində universitetin ilk məzunları ilə görüş keçirilib

   Mediaktiv.az xəbər verir ki, Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev tədbirdə giriş nitqi ilə çıxış edərək universitetin Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başladığı dövrdən bu günə qədər keçdiyi tarixi inkişaf yolundan danışıb. Vurğulanıb ki, vaxtilə 3 ixtisasla 102 tələbə və üç nəfər ştatda olan müəllimlə fəaliyyətə başlamış tədris ocağı blokada şəraitinin bütün çətinliklərindən, sınaqlarından layiqincə çıxaraq çiçəklənmə və intibah dövrünə çatıb. Hazırda 108 hektarlıq ərazini əhatə edən universitet şəhərciyində 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya,Sosial xidmət Mərkəzi, Universitet xəstəxanası, Olimpiya İdman mərkəzi, iki stadion, Baytarlıq Təbabəti klinikası və müasir tipli Tələbə evi yerləşməkdədir. Bütün bunlar ölkədə və Naxçıvan Muxtar Respublikasında ali təhsilin inkişafına, savadlı, dünyagörüşlü mütəxəssislərin yetişməsinə göstərilən yüksək diqqət və qayğının ifadəsidir.  Qeyd olunub ki, hazırda universitetin 12 fakültəsinin 58 ixtisasında altı minə yaxın yerli və xarici tələbələr təhsil alır. Universitetin dünyanın müxtəlif aparıcı tədris ocaqları ilə müqavilələrə dayanan qarşılıqlı əməkdaşlıq  münasibətləri mövcuddur ki, bu da düzgün inkişaf strategiyasının göstəriciləridir.

   AMEA-nın Naxçıvan bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru,Əməkdar Elm xadimi, professor Hacıfəxrəddin Səfərli ilk məzunlarından biri olduğu tədris ocağı, müəllimləri ilə bağlı xatirələrini, eləcə də təhsil illərinin yaddaqalan, maraqlı hadisələrini  tədbir iştirakçıları ilə bölüşüb. Vurğulanıb ki, hazırda Naxçıvan Dövlət Universitetinin məzunları muxtar respublikanın və Azərbaycanın müxtəlif dövlət qurumlarında, elm, təhsil, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında müxtəlif vəzifələrdə çalışır, universitetin adını daim uca tuturlar.

   Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, professor Akif İmanlı və Naxçıvan MR Əməkdar müəllimi, Şahbuz şəhər Qarababa kənd orta məktəbinin müəllimi Vətən Məmmədov çıxışlarında müəllimlərinin həyatlarında və qazandıqları uğur və nailiyyətlərindəki əvəzsiz xidmətlərindən danışaraq gənc müəllimlərə daşıdıqları bu ada layiq olmağı, öz üzərində yorulmadan işləməyi tövsiyə ediblər.

   Sonda Pedaqoji fakültənin dekanı, dosent Vəli Əliyev çıxış edərək qonaqlara dərin minnətdarlığını ifadə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nərmin Cabbarova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Həmçinin oxuyun

2022-ci ilin “Dakar” ralli-marafonu keçiriləcək yer açıqlanıb

2022-ci ildə “Dakar” ralli-marafonu 2-14 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, …