Cümə axşamı , İyun 20 2019
Home / Digər / Naxçıvanda Güləbətin tikmə sənəti

Naxçıvanda Güləbətin tikmə sənəti

    Qədim tarixə və mədəniyyətə malik olan Azərbaycan, dünyanın ən zəngin guşələrindən biridir. Bir mədəniyyət beşiyidir Vətənim!

    Hər bir ölkənin mədəniyyətinin formalaşmasında onun iqliminin böyük əhəmiyyəti vardır. Çünki insanların onların əhatəsini bəzəyən təbii ehtiyyatların çoxluğu, münbit şərait yaşam tərzi üçün mühüm önəm kəsb edir.

  Azərbaycan təbiətinin ecazkar gözəlliyindən söz açdıqca bitməz. Təbiətimizdən mədəniyyətimizə süzülən insanların bədii təfəkkür və yaradıcılıq fikirləri zamanla enişli-yoxuşluyol keçməsinə baxmayaraq bu günümüzə kimi öz orijinal və estetik görünüşüylə gəlib çatmışdır. Bu günümüzdədə xanımlarımızın zərif əllərindən bulaq suyu kimi axan el sənəti nümunələrimiz öz aktual xüsusiyyətlərini qorumaqdadır. Beləki dekorativ tətbiqi sənətin bir qolu olan tikmə sənətidə bu incilərdəndirki, ən qədim dövrlərdən öz bədiiliyi, estetik görünüşü, rəng ecazkarlığı, zərifliyi ilə seçilən tikmə nümunələrimiz geyimlərimizdə və məişət əşyalarında öz əksini tapmaqdadır.

    XVl-XVll əsrlərdə Azərbaycanın bir çox bölgəsində xüsusilə Naxçıvanda əhali arasında çox inkişaf etmiş, öz zəngin görünüşüylə göz oxşayan tikmə üsullarından biridə güləbətin tikmə üsulu olmuşdur. Nəzər saldıqda görərikki, güləbətin tikmə növü nə qədər bədii və görkəmli bir tikmə üsuludur. Güləbətin tikmə üsulu bahalı və ağır, sıx toxunuşlu parça üzərində tətbiq olunur. Sanki parça üzərində qızılı və gümüşü saplar həm tikilmə texnikası həmdə göz oxşayan naxış orientallığıyla insanda coş bir estetik zövq yaradır. Bu tikmə üçün seçilən parça növü adətən mahud və ya tirmə olurdu. Güləbətin tikmə üçün saplar fərqliliyiylə seçilir,bu saplarla işləmək xüsusi sənətkarlıq tələb edir. Bu saplar əyirmə və eşmə nəticəsində alınır, qızılı və gümüşü sapların özəyi ipək, adi iplik bə kətan olur. Yalnız üst təbəqəsi qızılı və gümüşü olur.

   Güləbətin tikmə növünün bir neçə üsulu vardır. Doldurma tikmə sənəti bizdə daha çox yayıldığından, bu özəllik güləbətindədə öz əksini tapır. Çünki ən geniş yayılmış üsul sadə və qabarıq doldurma üsuludur. Güləbətin tikmənin əsas xüsusiyyəti onun böyük və süluetli olmasıdır.

   Bu əsrlərdə əsasən milli geyimlərdə, özəlliklə Naxçıvan xanımlarının geyindiyi üst geyimlərində və qadın baş geyimi olan araqçınlarda daha çox təsadüf olunur. Buda ta keçmişdən xanımlsrımızın necə gözəl zövq mədəniyyətinə sahib olduğundan xəbər verir.

     Qədimdə Naxçıvanda hər bir nişanlı qız öz cehizliyi üçün güləbətin tikmə üsulu ilə işlənmiş müəyyən əşyaları əl əməyi, göz nuru ilə bəzəyirdi (örtüklər, yastıqlar, daraqqabı, cənəmazlar və s.).

  Güləbətin tikmə sənəti nümunələrini, orta əsrlərdə feodallara vergi ödəyənlər xərac əvəzinədə verirdilər. Buda bu sənət nümunələrinin nə qədər zəngin və qiymətli olmasından xəbər verir. Artıq bu sənət növü, bütün el sənəti nümunələri kimi, müasir dövrümüzdədə tətbiq edilməkdədir.

 

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir