Bazar , Sentyabr 22 2019
Home / Digər / Naxçıvanın qış mənzərələri

Naxçıvanın qış mənzərələri

     Yağan qar ağ dona bürüyüb yurdu. Bir fərqli görünür təbitə yenə. Nə soyuq, nə şaxta qorxuda bilməz. Burda qalib gəlib qətiyyət yenə. Bir zaman çovğunu gətirən külək, indi sanki həzin nəğməyə dönüb. Yenə sərt soyuqlar və şaxtalı qış. Nə işıq keçibdir, nə qazlar sönüb.

      Kitab daşımalı balaca əllər, daha məktəblərə odun daşımır. İndi yaz nəfəsli bu fidanların, əlləri üşümür, ruhu üşümür.

   Ən yaxın keçmişin xatirəsidir. Qarlı qış günləri çörək növbəsi. Parklarda, bağlarda, xiyabanlarda ağacların bir-bir məhv edilməsi. Hər fəsil yam-yaşıl şam ağacları. Parkları, bağları bəzəyir indi. Düşmənə göz dağı olan Naxçıvan, bu gün dünənkindən qat-qat mətindir.

     Gecəsi gündüztək işıqlı şəhər. Bu ki, qətiyyətin təntənəsidir. Yurdu gülüstana çevirən əllər. Tanrının ən böyük hədiyyəsidir.

Həmçinin oxuyun

Gələn il hansı rənglər dəbdə olacaq?

Hər bir zövqlü xanım çalışır ki, dəblə ayaqlaşsın. Yeni trendlərdən dərhal xəbərdar olsun və onu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir