Cümə axşamı , Oktyabr 24 2019
Home / Digər / Naxçıvanlı gəncin məruzəsi böyük maraqla qarşılandı

Naxçıvanlı gəncin məruzəsi böyük maraqla qarşılandı

Mayın 3-də Bakıda “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.

Mediaktiv.az Naxçıvantv.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət QULİYEV, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin sədri Şamil SÜLEYMANOV konfransda  çıxış ediblər.

Tədbirdə namizədlikləri təmsil etdikləri şəhər və rayonların yerli icra strukturları, digər dövlət orqanları tərəfindən irəli sürülən 11 gəncin məruzələri dinlənilib.

Naxçıvanı təmsil edən gənc fəal Səyyad MƏMMƏDOVUN çıxışı xüsusi maraq doğurub və alqışlarla qarşılanıb. Konfransın təşkilatçılarının nümayəndələrindən, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məsul əməkdaşlarından və təhlükəsizlik orqanları veteranlarından ibarət münsiflər heyəti onun məruzəsini I yerə layiq görüb.

Sonra tədbirin bədii hissəsi olub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən ümumrespublika konfransının məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsidir. Bundan başqa, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və təhlükəsizliyinin qorunması və gücləndirilməsi işində əbədi mayak olan Heydər Əliyev ideallarının gənc nəsil tərəfindən mənimsənilməsidir.

Həmçinin oxuyun

Üç əsrin şahidi, Azərbaycanın ən yaşlı vətəndaşı

Bu gün sosial şəbəkədə 123 yaşlı Sona nənə müzakirə mövzusuna çevrilib. Bir qrup insan onun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir