Cümə , May 29 2020
Home / Digər / Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar

Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar

   Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə ingilis dilində nakhchivantoday.com saytının təqdimatı olub.

   Mediaktiv.az Naxcivantv.az-a istinadən xəbər verir ki, bir qrup naxçıvanlı gəncin birgə səyi ilə ərsəyə gələn nakhchivantoday.com onlara öz potensiallarını, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyə imkan yaradacaq.

  Tədbirdə saytın yaradıcı heyətindən Emil Səmədov çıxış edərək bildirib ki, nakhchivantoday.com artıq bir aydır, fəaliyyətdədir. Bu müddət ərzində dizaynı, tərtibatı, məlumatların yerləşdirilməsi və digər təkmilləşdirmə işləri   aparılıb. Saytda “Xəbərlər”, “Videoarxiv”, “Mədəniyyət”, “İdman”,  “Turizm”, “Dahi”,  Naxçıvan bu gün”, “Qan yaddaşı” bölmələri yaradılıb. Naxçıvanla bağlı xarici vətəndaşları maraqlandıran aktual mövzular üçün “Köşə yazıları” bölməsi yaradılıb. Emil Səmədov qeyd edib ki, istifadəçilər sayt vasitəsilə tariximiz, muxtar respublikanın turizm potensialı, ümumilikdə, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən yeniliklər barədə geniş məlumat alacaqlar. Həmçinin saytın android istifadəçiləri üçün  mobil proqramı və sosial şəbəkələrdə səhifələri də mövcutdur.

   Sonra saytın təqdimatı ilə bağlı slayd nümayiş olunub, Naxçıvanda təhsil alan xarici tələbələrin muxtar respublika ilə bağlı fikirləri tədbir iştirakçılarına təqdim edilib.

   Naxçıvan Turizm və İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Məmmədov və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva çıxışlarında qeyd ediblər ki, müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatların qısa vaxt ərzində dolğun və operativ şəkildə çatdırılmasıdır. Bu tələblər əsasında qurulan nakhchivantoday.com da gəncləri öz ətrafında  birləşdirməklə onların yaradıcılıq potensialını üzə çıxaracaq, Naxçıvan reallıqlarını, muxtar respublikanın  mədəni və turizm imkanlarını təbliğ edəcək.

   Daha sonra saytın ərsəyə gəlməsində iştirak edən gənclər səhnəyə dəvət olunublar. Onlar çıxış edərək qeyd ediblər ki, saytın yaradılmasında əsas məqsəd vətəndaşlıq borcumuzu yerinə yetirmək, Naxçıvanımızı dünyaya tanıtmaq, xarici vətəndaşlara Naxıvanın turizm potensiyalı  barədə geniş məlumat verməkdən ibarətdir.

Kənan Cəlilov
NTVxəbər

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …