Bazar , Dekabr 15 2019
Home / Digər / Araşdırma / Qarabağlardakı Asnı pirini Nuh peyğəmbərlə nə bağlayır?

Qarabağlardakı Asnı pirini Nuh peyğəmbərlə nə bağlayır?

   İslam mədəniyyətinin ən müxtəlif memarlıq incilərinin yaradıldığı və İslam intibahı dövrünün izlərini özündə yaşadan Naxçıvan ərazisində müxtəlif türbələr, məqbərələr, məscidlər, imamzadələr və pirlər mövcuddur. Naxçıvan ərazisində mövcud olan pirlərin bir çoxu hələ İslama qədərki dövrün yadigarları olmaqla İslam dinin qəbul edilməsindən sonra da müqəddəs sayılmış  və xalq arasında hörmətlə anılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında ən çox tanınmış və müqəddəs sayılan ərazilərdən biri də Qarabağlar şəhərindən şimalda eyniadlı çayın mənbəyində yerləşən Asnı ərazisi və Asnı piridir.

   “Naxçıvan abidələri ensiklopediyası”nda verilən məlumata görə tədqiqatçılar bu pirin tarixini eramızdan əvvəl I minilliyə aid edir. Xalq arasında yayılmış üç fərqli əfsanədə bu ərazinin və pirin müqəddəsliyi ilə bağlı məqamlar fərqli formalarda göstərilmişdir.

   Bu əfsаnələrdən birində kasıb bir oğlanla varlı bir şəxsin qızı arasında yaşanan sevgi hekayəsindən bəhs olunur. Gənclərin bir-birinə qovuşmasına qızın atası mane olmaq istəsə də gənclər qaçaraq bura – Qalacıq adlanan əraziyə gəlirlər. Oğlan su və çörək axtarmaq üçün qızı buradakı meşədə qoyub yola düşür. Sevdiyinin qayıtmadığını görən qız ağlayır. Qızın göz yаşlаrının töküldüyü yеrdən su çıхır. Qız bir çоbаnа rаst gəlir. Çоbаn sеvgilisini tаpmаqdа qızа kömək еdir. Suyun çıхdığı yеrin аdı dа Аsnı qаlır.

   İkinci əfsаnə vаriаntı Аsnı çаyının аdı ilə bаğlıdı. Əfsаnəyə görə, zаlım bir hökmdаr оlur. Оnа itаət еtməyən insаnlаrа hökmdаrın bərk аcığı tutur. Qаlаcıqdаn ахаn çаy bоyuncа dаr аğаcı qurdurur. Şаh аcığı tutduğu аdаmlаrı bu dаr аğаcındаn аsdırır. Еlə о vахtdаn dа çаyın аdınа Аsnı dеyirlər.

    Üçüncü əfsаnə vаriаntınа görə, bir kişi оlаn-qаlаn vаrını qızılа çеvirib əsаnın içinə dоldurur. Dərələyəzdən оlаn bu kişi su içəndə əsаsı bulаğа düşür və ахıb gеdir. Həmin su əsаnı gətirib Qаrаbаğlаrа çıхаrdır. Bu əsаnı bir çоbаn tаpır. Çоmаğın sаhibi ахtаrа-ахtаrа gəlib bu kəndə çıхır. Kişi bахır ki, əsаsı çоbаndаdır. Əsаnın sirrini dеyib оnu çоbаndаn аlır. “Əsa” sözü ilə əlaqədar olaraq ərazinin və bulağın çıxdığı yerin adı Asnı qalır.

   “Naxçıvan abidələri ensiklopediyası”ndakı qeydlərdən aydın olur ki, ərazidəki qаyаlаrın аrаsındаn çıхаn gur bulаq хаlq tərəfindən müqəddəsləşdirilmiş və ziyаrətgаhа çеvrilmişdir. Bulаğın ətrаfındаkı kol və ağaclar da хаlq tərəfindən müqəddəs hеsаb еdilir. Yaxınlıqdakı Asnı pirində isə orta əsrlərə aid iki məzar yerləşir. Epiqraflar tərəfindən məzarların üzərindəki sinədaşlarının yazılarının oxunması nəticəsində tədqiqatçılar bu məzarların XIV əsrə aid olması qənaətinə gəlmişlər.

    Diqqət yetirdiyimiz zaman görürük ki, əslində burada iki müqəddəs ərazidən bəhs olunur. Suyun çıxdığı və ətrafında ağacların bitdiyi ərazinin müqəddəsliyi ilə bağlı məqamlar islamaqədərki dövrlə – hələ su və ağac kultunun mövcud olduğu dönəmlə səsləşir. İkinci müqəddəslik isə İslamın qəbul edilməsindən sonrakı dövrlə – təqribən XIV əsrdə burada əhali arasında yüksək nüfuza malik olan insanların dəfni ilə bağlıdır.

   Maraqlıdır ki, orta əsrlərdə səyahətnamələrində Naxçıvan ərazisindən bəhs etmiş səyyahlardan birinin – Jan Batist Tavernyenin əsərində biz bu ərazidəki bulağın müqəddəsliyi ilə bağlı maraqlı bir ehtimala rast gəlirik.

    Qeyd edək ki, Jan Batist Tavernye XVII əsrdə yaşamış fransız taciri və səyyahı olmuşdur. 1605-ci ildə Parisdə anadan olmuş J.B.Tavernyenin atası coğrafi xəritələrin satışını həyata keçirən bir taciri idi. 20 yaşında ikən J.Tavernye Qərb və Şərq ölkələrinə səyahətlərinə başlamışdır. O, 1631-ci ildə İstanbula gəlmiş, 1632-ci ildə isə buradan şərqə Səfəvi imperiyasının ərazilərinə doğru yola düşmüşdür. Məhz bu səfəri zamanı o Naxçıvan ərazisindən keçmiş və bu ərazilər barədə məlumat vermişdir. 1633-cü ildə isə vətəni Fransaya qayıtmışdır. Onun Şərqə 1638-1643-cü illərdə baş tutmuş ikinci səfərində Naxçıvan ərazisindən keçməsi haqqında məlumat yoxdur. Tarvernyerin şərqə – Səfəvilər dövlətinə üçüncü səfəri isə 1644-cü ildə başlamışdır. Bu səfəri zamanı o Səfəvi dövləti ilə yanaşı Hindistanada səfər etmişdir. 1648-ci ildə Şərqə üçüncü səyahətini də başa vurmuşdur. Onun həyatı ilə bağlı araşdırmalar göstərir ki, səyyah XVII əsrin 50-ci illərində Şərqə beşinci səfəri zamanı da İrəvan və Naxçıvan ərazilərində olmuşdur.  Həmin əsrin 60-cı illərində növbəti səfəri zamanı da Tavernya məhz İrəvandan keçərək İstanbula getmişdir. Səyyahın altı səyahətindən bəhs edən əsəri ilk dəfə olaraq 1676-cı ildə nəşr edilmişdir.

   Tavernye “Səyahətnamə”sində konkret olaraq Asnı adlı ərazinin adını çəkməsə də Qarabağlardan şimalda yerləşən müqəddəs bir ərazidən bəhs etmişdir. Apardığımız təhlillər bu ərazinin məhz Asnı pirinin yerləşdiyi ərazi olduğunu ehtimal etməyimizə əsas verir. Belə ki, Tavernye bu ərazidən keçərkən yazırdı: “Düzənliyin sonunda bir çayın kənarında Qarabağlar adlı bir karvansaray var. Bu karvansarayın tikintisi son səyahətim zamanı tamamlandı.  Bu çay üç-dörd mil yuxarıda bir dağın cənub yamacından öz mənbəyini götürür. Qarabağlardan yarım mil aşağıda isə su quruyur və daşlaşır. Karvansaray da məhz bu daşlardan tikilmişdir. …Çayın suyu şirindir və pis dadı yoxdur. Bununla belə ətrafda yaşayan kəndlilər suyu içmək istəmir, hətta tarlalarını da bu su ilə suvarmaq istəmirlər. Əhali Nuhun oğlu Samın bu çayın mənbəyini götürdüyü qayanı qazdığını, mənbəyindən 4-5 mil, karvansaradan isə 2 mil məsafədə çayın Araz çayı ilə qovuşduğunu deyirlər”.

    Məhz “Səyahətnamə”nin bu hissəsi ərazi ilə bağlı bir çox tarixi, tarixi-coğrafi məqamlara da aydınlıq gətirməyimizə imkan verir. Əvvəlcə Qarabağlar şəhərinin ərazisində mövcud olmuş ən böyük karvanlardan birinin inşa tarixini dəqiqləşdirmək üçün J.B.Tavernyenin verdiyi məlumat əhəmiyyətlidir. Belə ki, səyyah bu karvansarayın inşasının məhz özünün son səyahəti zamanı tamalandığını qeyd edir. Nəzərə alsaq ki, fransız səyyahın son səyahəti XVII əsrin 60-cı illərinə – konkret olaraq desək təqribən 1667-ci ilə təsadüf edir, biz Qarabağlar şəhəri ərazisində yerləşmiş karvansarayın inşasının da məhz bu zaman başa çatdırıldığını qeyd edə bilərik.

   Ərazinin və burada yer səthinə çıxan suyun müqəddəsliyi ilə bağlı ən maraqlı məqam isə çayın mənbəyinin hələ Nuhun oğlu Sam tərəfindən qazılması ilə bağlı verdiyi məlumatdır. Bu qeydin özü ərazinin müqəddəsliyi ilə bağlı xalq arasında yayılmış inancın daha qədim dövrlərə aid olduğunu sübut etməklə yanaşı, Naxçıvanın  Nuh yurdu olduğunu orta əsr Avropa mənbələrinin dili ilə bir daha təsdiqidir. Tədqiqatlarda da qeyd edildiyi kimi, pirin tarixi Azərbaycan türklərinin dağ, su və ağac inancı ilə bağlıdır. Burda yer səthinə çıxan suyun paklayıcı kimi müqəddəsliyi ilə ola bilsin ki, dini-mifoloji baxımdan həm də Nuhun oğlu Samın adı ilə bağlı olmuş və bu barədə fikirlər Naxçıvanın Səfəvilər dövlətinin tərkibində olduğu dövrlərdə də xalq arasında yayılmışdır.

Həmçinin oxuyun

“Şahdağ”da qiymətlər 15 faiz endirilib (FOTO)

Qonaqların rəylərinə hər zaman diqqət edirik. Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirdik. Ötən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir