Bazar , Sentyabr 19 2021
Home / Digər / Qatar avtomobili vurdu, ölənlər var!

Qatar avtomobili vurdu, ölənlər var!

     Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaktiv.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yük qatarı “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

    Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

    Ölən şəxslərin kimliyi müəyyənləşdirilib – Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.

    Qəzanın təfərrüatları,  xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …