Cümə , Aprel 23 2021
Home / Digər / Gənc alimin uğuru…

Gənc alimin uğuru…

    Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Taleh  Xəlilov “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatına üzv seçilib.

       Qeyd edək ki, təşkilat 2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılıb.

   TC Qaziantep Universitetinin və Qığızıstandakı Türkiyə Manas Universitetinin birgə yaratdıqları təşkilat eyni soydan gələn, eyni mədəniyyətin daşıyıcıları olan, lakin fərqli ölkələrdə yaşayan türk alimlərinin və təhsil işçilərinin qüvvələrini birləşdirmək üçün qurulub.

    Taleh Xəlilov mediaktiv.az bildirib ki, ”Üzvülük çərçivəsində Türk dünyası vətəndaşlığı şüurunun yaradılması istiqamətində, Türk dünyasında təhsil, dil, mədəniyyət, ədəbiyyat, tarix, din, ənənəvi idman, ortaq dəyərlər və sənət mövzulu tədbirlərin, layihələrin birgə həyata keçirilməsi işində ortaqlıq qurulacaq.

    Ümumtəhsil və ali məktəblər üçün ortaq proqramlar hazırlamaq, dərsliklər çap etmək, internet şəbəkəsi yaratmaq məqsədi ilə qurulmuş təşkilat qısa müddətdə xeyli iş görüb.

     Təşkilata Azərbaycandan səkkiz nəfər üzv seçilib. Bakı Dövlət Universitetindən prof. Ramiz Əsgər, Naxçıvan Dövlət Universitetindən Taleh Xəlilov, Əbülfəz Əzimli, digər beş nəfər isə – Folklor İnstitutunun “Xarici əlaqələr bölməsinin müdürü Əli Şamil Hüseyinoğlu, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı prof. Almaz Ülvi Binnətova, Lalə Həsənova, AMEA Folklor İnstitunun elmi işçisi Aynur Qəzənfərqızı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu  həmçinin AMEA-nın Naxçıvan bölməsindən Toğrul Xəlilov seçiliblər.

Həmçinin oxuyun

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, …