Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Digər / Rusiya minatəmizləyənləri Gəncədədir, hazırda yüklərin boşaldılması yekunlaşıb – Rusiya FHN nümayəndəsi

Rusiya minatəmizləyənləri Gəncədədir, hazırda yüklərin boşaldılması yekunlaşıb – Rusiya FHN nümayəndəsi

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.

Bunu açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.

Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.

Həmçinin oxuyun

Xəzərdə Azərbaycanın sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb

Dövlət Sərhəd Хidməti tərəfindən Xəzər dənizində dövlət sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, rеjim qаydаlаrınа nəzаrətin …