Çərşənbə axşamı , May 11 2021
Home / Digər / Sədərək rayon Şəhidlər xiyabanı əsaslı təmir edilir

Sədərək rayon Şəhidlər xiyabanı əsaslı təmir edilir

Tarixin bütün dövrlərində qəhrəman bir xalq kimi tanınan azərbaycanlıların igidliyi, birliyi 44 günlük Vətən müharibəsində dillərə dastan oldu. Bütün dünya bu xalqın, bu millətin ürəyi dağlardan da böyük oğullarının igidliyindən danışdı. Onlar öz şücaətləri ilə əfsanəyə döndülər. Qədim Naxçıvanın qeyrət qalası Sədərəyin igidləri də Vətən müharibəsində torpaqlarımızın yağı düşməndən azad edilməsində iştirak etdilər. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Naxçıvanın qeyrət qalası Sədərəyin igid oğulları Tağı Abdullazadə və Ərtoğrul Nadirli 1990-cı illərdə torpaqlarımıza göz dikmiş yağı düşmənə tutarlı cavab verərək şəhidlik zirvəsinə yüksələn Sədərəyin igid oğulları ilə birgə rayon Şəhidlər xiyabanında uyuyurlar. Həmin illərdə canını Vətən uğrunda qurban verən oğulların da, sonrakı illərdə düşmən təxribatının qarşısını alarkən şəhid olan igidlərin də ailəsi və yaxınları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə edilir. Onların bütün problemləri vaxtında həll edilir. Hər cür qayğı ilə əhatə olunurlar. İgid Vətən oğullarının məzarları ailələrinin istəklərinə uyğun qaydada götürülür. Onu da qeyd edək ki, yaxın günlərdə Sədərək rayon Şəhidlər xiyabanında aparılan yenidənqurma, təmir-bərpa işləri də dövlət qayğısının növbəti təzahürüdür. Aparılan təmir işləri zamanı 90-cı illərdə şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarının məzarları da yenidən bərpa edilir, qara mərmərlə üzlənir, məzarlığın ərazisinə döşəmə daşlar düzülür, ətrafa gülkarlıq salınır.

Həmçinin oxuyun

Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə olunur

Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlı hərbi poliqonunda istifadə olunur. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə …