Çərşənbə axşamı , Aprel 20 2021
Home / Digər / Serj Sarqsyan boykot edir, kürəkəni isə seçkilərə qatılır

Serj Sarqsyan boykot edir, kürəkəni isə seçkilərə qatılır

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

MEDIAKTIV.AZ “Qraparak”a istinadən xəbər verir ki, o, bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib.

Partiyanın sədri isə Narek Simonyandır. O, məlumatı təsdiqləyib. N.Simonyanın sözlərinə görə, “Mənim Ermənistanım”ın konfransı 2020-ci ilin noyabrın 30-da keçirilib.

Qeyd edək ki, M.Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkənidir. Sabiq səfir baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə, o cümlədən siqaret, silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edir.

Xatırladaq ki, S.Sarqsyan parlament seçkilərinə qatılmayacağını, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyanı dəstəkləməyə çağıracağını bildirib.

Həmçinin oxuyun

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Ermənistan istintaq komitəsi bu ölkənin İsraildəki səfiri Armen Smbatyana ittiham irəli sürüb. MEDIAKTIV.AZ-ın erməni KİV-lərinə …