Cümə axşamı , İyul 22 2021
Home / Digər / Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb.

MEDIAKTIV.AZ xəbər verir ki, məlumatı Türkiyənin Aviasiya və Kosmik Sənayesi qurumunun tvitter hesabı yayıb.

Bildirilib ki, “GÖKBEY” Türkiyənin hava məkanında daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.

Bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.

Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.

Həmçinin oxuyun

ABŞ Əfqanıstana 7 döyüş helikopteri verib

ABŞ Əfqanıstan hakimiyyətinə 7 döyüş helikopteri tədarük edib. MEDİAKTİV.AZ “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu …