Cümə axşamı , İyun 17 2021
Home / Digər / Türkiyə Mərmərədən Xəzərə yeni gəmi marşrutunu sınaqdan keçirib

Türkiyə Mərmərədən Xəzərə yeni gəmi marşrutunu sınaqdan keçirib

Türkiyə-Xəzər dənizi yeni marşrutu ilə sınaq reysi həyata keçirilib.

MEDİAKTİV.AZ bu barədə “P&O Maritime Logistics” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, yeni marşrut Türkiyə ilə Azərbaycan, o cümlədən Mərkəzi Asiya ölkələri arasında müntəzəm dəniz konteyner daşımalarını təmin edəcək.

Mərmərə dənizi – Xəzər dənizi marşrutu Rusiyanın daxili su yolları vasitəsilə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək.

Həmin marşrut İstanbul yaxınlığındakı Yarımca limanından başlayacaq və Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı limanlarınadək hərəkət edəcək.

Marşrut vasitəsilə əsasən qida məhsulları, sənaye avadanlığı, tikinti materialları, tekstil, məişət texnikası və mərmər daşınacaq.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …