Bazar , Sentyabr 26 2021
Home / Digər / Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib

Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdırılması ilə bağlı protokolu təsdiqləyib.

MEDİAKTİV.AZ xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir.

Protokola əsasən, Beynəlxalq Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının strukturlarından biri olan Beynəlxalq Türk Akademiyası 2010-cu ilin mayın 25-də yaradılıb. Akademiyanın mənzil-qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …