Çərşənbə , İyun 26 2019
Home / Digər / Ümummilli lider Heydər Əliyev haqqında Rusiyada çəkiləcək yeni film Toronto kinofestivalına təqdim ediləcək

Ümummilli lider Heydər Əliyev haqqında Rusiyada çəkiləcək yeni film Toronto kinofestivalına təqdim ediləcək

   Sentyabrda ən böyük beynəlxalq kinofestivallardan olan Toronto kino sərgisində ulu öndər Heydər Əliyev haqqında bioqrafik film təqdim ediləcək. Bu barədə filmin prodüsseri İqor Lopatenok məlumat verib. “Toronto kino sərgisində biz çox maraqlı taleyə malik olan Heydər Əliyev haqqında bioqrafik filmi təqdim edəcəyik. Çəkilişlər artıq bitib, biz indi post-prodakşn mərhələsindəyik və montaj işləri tamamlanmaq üzrədir. Film ekranlara 2017-ci ildə  təqdim ediləcək”.- deyə filmin prodüseri İqor Lopatenok bildirib. Filmdə baş rolun ifaçısına gəlincə, prodüser bu barədə açıqlama vermək istəməyib.

    “Sadəcə onu deyə bilərəm ki, Heydər Əliyevin rolunu oynayan aktyor ona çox bənzəyir. İndi isə bənzər səsin axtarışındayıq”. – deyə filmin aktyor heyətindən olan Viktor Suxoroukov “İzvestiya”ya bildirib. Aktyorun özü isə filmdə o zaman Azərbaycanın daxili işlər və dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Stepan Yemelyanovun obrazını canlandıracaq.

   “Vestnik Kavkaza”nın xəbərində o da bildirilir ki, filmin rejissoru kinodramaturq, “Şöhrət” ordenli Ramiz Fətəliyevdir. O isə açıqlamasında bildirib ki, filmin qəhrəmanının obrazını onun həyatının müxtəlif dövrlərinə uyğun olaraq 5 aktyor canlandırıb və onlar bir-birini əvəz edib. Ən mühüm vəzifə isə aktyor Aleksandr Nikitininn üzərinə düşüb. O indiyə qədər “Əsgərlər” və “Qapalı məktəb” seriallarında müxtəlif rollar ifa edib.


Həmçinin oxuyun

Azərbaycanda energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq – ARAŞDIRMA

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir