Bazar , Sentyabr 19 2021
Home / Digər / Xocalı faciəsinə həsr olunan virtual sərgi

Xocalı faciəsinə həsr olunan virtual sərgi

Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”, – söyləyən Ulu öndər Heydər Əliyev xalqımıza qarşı törədilmiş bu dəhşətli qırğına əsl obyektiv münasibət bildirmişdir.

Dinc əhaliyə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırımın iyirmi doqquzuncu ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı soyqırımı” adlı virtual sərgi istifadəçilərə təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə,sərgidə “Xocalı yaddaşı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Xocalı soyqırımı”, “Hocalı katliamı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Hocalı soykırımı tanıkların dilinden”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa kitablar nümayiş olunur. Sərgi vasitəsilə faciə ilə bağlı müxtəlif illərdə dövrü mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür.

Virtual sərgi ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: https://docs.google.com/presentation/d/1I9OZv2Xf_PhytCrQeMixCQtkRvbnw7-xJX_toIIL3-I/mobilepresent#slide=id.gbe5bc105fb_0_0

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …