Bazar , İyun 20 2021
Home / Digər / Yunanıstanın hidrogen istehsalı layihəsi TAP-a qoşula bilər

Yunanıstanın hidrogen istehsalı layihəsi TAP-a qoşula bilər

Yunanıstanın “yaşıl” hidrogen istehsalı üçün nəzərdə tutulan “White Dragon” layihəsi Avropaya qaz nəqlini həyata keçirən Trans-Adriatik qaz kəmərinə (TAP) qoşula bilər. TAP vasitəsilə gələcəkdə hidrogen nəqli də nəzərdə tutulub.

MEDİAKTİV.AZ bu barədə “Balkan Green Energy News” nəşrinə istinadən məlumat verir.

Qeyd olunur ki, hidrogen istehsalı üçün günəş enerjisindən istifadə edilir. Ümumi gücü 1,5 giqavatt olan fotoelektrik qurğular layihəsinin dəyəri 2,5 milyard avro məbləğində ölçülür. Sistemi Yunanıstanın Qərbi Makedoniya regionunda quraşdırmaq planlaşdırılır. Ölkə 2025-ci ildə kömür istifadəsindən imtina etmək niyyətindədir.

“White Dragon” layihəsinin ekoloji təmiz hidrogen texnologiyasına əsaslanmasına baxmayaraq, onun təbii qaz layihələrinə qoşulması da nəzərdə tutulur. Layihə üzrə ümumi investisiyaların həcmi quraşdırılan günəş elektrik stansiyalarının ölçüsündən asılı olaraq 4 milyard avroyadək artırıla bilər.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …