Cümə , Sentyabr 20 2019
Home / Digər / Yurddan / “28 may” metrosu yaxınlığında ÖLÜM

“28 may” metrosu yaxınlığında ÖLÜM

 Aprelin 25-də səhər saatlarında Nəsimi rayonu, Nizami küçəsində bədbəxt hadisə baş verib. Binaların üzlənməsi ilə məşğul olan 31 yaşlı fəhlə Emil Oruc oğlu Hacıyev hündürlükdən yıxılaraq dünyasını dəyişib.

 Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, Emil Hacıyev “Bakıinşaat” şirkətinin əməkdaşı olub. Şirkət Nizami, 28 May küçələrindəki binaların təmiri ilə məşğul olur. E.Hacıyev məcburi köçkün kimi Yeni Yasamalda məskunlaşıb.

 “Fəhlələr küləkli hava şəraitində belə işləyirlər. Çox zaman qoruyucu kəmərlərdən istifadə edilmir, bir neçə dəfə qəza şəraiti yaranıb”, – hadisənin şahidi olan mağaza satıcısı bildirib.

 Şahidlərin sözlərinə görə, mərhum yıxılarkən qışqıraraq ətrafdakıları köməyə çağırıb. Lakin ona yardım etmək mümkün olmayıb. Hazırda Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları hadisə yerindədirlər.

 Qeyd edək ki, yol kənarlarındakı binalarda balkonlar təmir edilir. Lakin təmir gedən ərazilərdə təhlükəsizlik tədbirləri görülməyib. Xüsusilə küləkli havalarda daş, dəmir parçaları ətrafa yayılır.

 Səhiyyə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, təcili tibbi yardım hadisə yerinə çatanadək E.Hacıyev dünyasını dəyişib.

Həmçinin oxuyun

Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub. Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, hadisə rayonun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir