Cümə , May 29 2020
Home / Digər / Yurddan / Azərbaycan nüvə silahı əldə edə bilər?

Azərbaycan nüvə silahı əldə edə bilər?

Bu gün ABŞ ilə Şimali Koreya arasında müharibənin başlamasına tək səbəb onların hər ikisinin də nüvə dövləti olmasıdır. Nüvə silahına sahib olmaq müharibədə qalib tərəfə çevrilməyin əsas vasitəsidir. Elədirsə, müharibə şəraitində yaşayan ölkəmizin bu cür silaha sahib olması üstünlük olmazdımı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var:

“Nüvə dövlətlərindən hamı qorxur. Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etməsi ehtimalını azaldır. Amerikanın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarisinin hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı hesabat hazırlamağı tapşırır. Hesabatdan çıxan nəticələr dəhşətli olur. Əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüzminlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçilər böyük itkilər verəcəklər. Mənə elə gəlir ki, bu hesabatı indiki prezident Donald Trampın da masasının üzərinə qoyublar. Sözümü nəyə gətirərəm. Bir ara Azərbaycan rəsmiləri belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə nüvə elektrik stansiyasının tikintisi araşdırılmalıdır. SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub. Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi. Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var. Nüvə sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar. Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək nüvə silahı barədə də danışmaq olar. Bİz bilmirik Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daima diqqətdə saxlamalıyıq və düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır”.

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …