Bazar , İyun 20 2021
Home / Digər / Yurddan / Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı

Azərbaycanda 2 telekanalın yayımı dayandırıldı

 Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırılıb.

 Mediaktiv.az-ın Milli.Az-a istinadən məlumatına görə, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib.

 KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır.

 Belə ki, sözügedən kanallarda “soyqırım” ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.

Həmçinin oxuyun

Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək. MEDIAKTIV.AZxəbər …