Cümə , İyul 30 2021
Home / Digər / Yurddan / Azərbaycanda seçki məntəqəsində yanğın olub

Azərbaycanda seçki məntəqəsində yanğın olub

MediAktiv.Az

Gəncədə Yeni Gəncə yaşayış massivində yerləşən Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın baş verib.
Hadisə yerinə FHN-in 6 yanğınsöndürən maşını cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində iki xalça və bir neçə stul yanıb. Yanğının səbəbləri araşdırılır.
Qeyd edək ki, sözügedən məktəbdə 37 saylı Nizami birinci seçki dairəsinin 13, 14 və 15 saylı məntəqələri yerləşir.

Həmçinin oxuyun

Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək. MEDIAKTIV.AZxəbər …