Şənbə , İyul 24 2021
Home / Digər / Yurddan / Bakıda avtobus qəza törədib

Bakıda avtobus qəza törədib

   Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.

   Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.

   Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobus piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi “Subaru” markalı avtomobilin arxa hissəsindən vurub.

  Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı, 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək. MEDIAKTIV.AZxəbər …