Çərşənbə , Yanvar 22 2020
Home / Digər / Yurddan / Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda ötən ay torpağın qiyməti azalıb.

MediAktiv.AZ xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində torpaq bazarında 0.14 azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiymətində də 0.91 faiz, kommersiya obyektlərinin qiymətində 0.69 faiz azalma qeydə alınıb.

Lakin ötən ay kirayə mənzil bazarında 2.4 faiz artım olub, obyektlərin icarəsi bazarında isə artım 6.21 faiz təşkil edib. Ötən ay ərzində ümumən daşınmaz əmlak bazarında 0.11 qiymət azalması olub.

N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb. O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib.


Həmçinin oxuyun

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir – FOTO

möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına …