Bazar ertəsi , Oktyabr 21 2019
Home / Digər / Yurddan / İmtahan suallarından narazılığı olan abituriyentlərin nəzərinə

İmtahan suallarından narazılığı olan abituriyentlərin nəzərinə

Mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Mediaktiv.az xəbər verirki, Dövlət İmtahan Mərkəzindən (DİM) Publika.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına mayın 8-dən 10-dək saat 10-dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

Həmçinin oxuyun

Üç əsrin şahidi, Azərbaycanın ən yaşlı vətəndaşı

Bu gün sosial şəbəkədə 123 yaşlı Sona nənə müzakirə mövzusuna çevrilib. Bir qrup insan onun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir