Şənbə , Sentyabr 21 2019
Home / Digər / Yurddan / İmtahandan kəsildi, TQDK-nı məhkəməyə verdi

İmtahandan kəsildi, TQDK-nı məhkəməyə verdi

      Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.
     Mediaktiv.az Femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan verib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanınan tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O, məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.
     Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonra Fəridə Əsgərovanın atası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə “Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib.

Həmçinin oxuyun

Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub. Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, hadisə rayonun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir