Çərşənbə , Aprel 14 2021
Home / Kriminal / Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO

Lənkəranda dəhşətli qəza, ölən və yaralananlar var – FOTO

  Lənkəranda ağır yol qəzası baş verib.

  Mediaktiv.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək. MEDIAKTIV.AZxəbər …