Şənbə , İyun 19 2021
Home / Digər / Yurddan / Məktəbi ilanlar basıb

Məktəbi ilanlar basıb

   Qəbələnin Mamaylı kəndində məktəbə ilanlar daraşıb. Mediaktiv.az Xezerxeber.az-a məlumat verir ki, müəllim heyyəti bunun uşaqlar üçün təhlükə olmasından narahatdır. Dərs vaxtı ilanlar sinifə dolur. Şagirdlər ilanları tutub əllərində sallayırlar.

     Araşdırmalar nəticəsində məlum olub ki, məktəb yaxınlığındakı 1990-cı illərdən qalmış yarımçıq tikili ilanların məskəninə çevrilib.

     Şagirdlər bildirir ki, tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.

      Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin ərazilər dərmanlansa da təsiri olmayıb. Hələlik ilansancma faktı qeydə alınmayıb.

Həmçinin oxuyun

Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək. MEDIAKTIV.AZxəbər …