Cümə , İyul 10 2020
Home / Digər / Yurddan / Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir – FOTO

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir – FOTO

möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.

MediAktiv.Az  xəbər verir ki, yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilmiş, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfat­ları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Uşaqlardan Məhərrəm Əliyev və Afaq Məmmədli ulu öndərimizə, Naxçıvana həsr olunan şeirlər söyləyiblər.

Şəhər sakini Sabirə Həsənəliyeva Ali Məclis Sədrinin bayramını təbrik edib.

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir - FOTO
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir - FOTO
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir - FOTO
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir - FOTO

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …