Çərşənbə , Avqust 21 2019
Home / Yaşam tərzi / Səyahət / Onun atının başını kəsdilər, özü isə …

Onun atının başını kəsdilər, özü isə …

  Keçmişə səyahət: Qara atlı baba burada qeybə çəkilib

Azərbaycanda qədim insan məskənləri aşkarlanan yerlərdən ən məşhuru Qobustan ərazisidir. Qobustan qayalıqları əsrlər boyu tarixi keçmişi özündə qoruyaraq, bu günümüzə gətirib çatdırıb.

Qobustan Milli Tarixi-Bədii Qoruğu 1966-ci ildən fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində, sayı 1000-dən çox daş və qaya üzərində əks olunan 6000-dən çox təsvir və işarə qeydə alınıb. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan qaya rəsmlərində vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin — öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və sair təsvirləri var. Burada balıq, ilan, kərtənkələ və həşarat şəkilləri qeydə alınıb. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacağı və mağara, tunc dövrünə aid 40-a qədər kurqan aşkar edilib.

Mediaktiv.az xəbər verirki ,Sputnik Azərbaycan-ın əməkdaşları qoruq ərazisində olub və burada maraqlı faktlarla rastlaşıblar. Qoruğun ərazisində qayaüstü rəsmlərlə zəngin ərazilər ilə yanaşı, həm də çox sayda pir, qəbiristanlıq, fərqli quruluşda olan böyük ölçülü qayalar var. Qoruğun ərazisi xüsusi hasarlanaraq qorunduğundan, oraya hər kəsin daxil olması mümkün deyil.

Qoruğun bu cür qorunmasına da ehtiyac var. Çünki bəzi şəxslər qoruq ərazisində olan qayaların üzərini müxtəlif alətlərlə cızaraq və ya xüsusi rənglərlə adlarını, müxtəlif sözlər yazaraq, şəkillər çəkərək onun özəlliyini və tarixiliyini məhv edirlər. Təəssüf ki, ərazidə olarkan belə vəhşilik hallarına rast gəldik. Bələdçilər bizi sıldırım qayalıqların arası ilə apararaq qədim pirə gətirdilər. Pir qayanın içində kiçik bir otaqda yerləşir. Qapının üzərində isə “Qara atlı baba” yazılıb.

Tarix elimləri namizədi, Qobustan qoruğu üzrə baş məsləhətçi Firuzə Muradova bizə bu pirin tarixçəsi barədə məlumat verdi. Onun sözlərinə görə Qobustanda bir neçə inanc yeri var: “Qobustanda bir neçə pir var ki, insanlar əsrlərdir o yerlərə gedir və arzularının yerinə yetməsi üçün yardım diləyirlər”.

Tarix elimləri namizədi, Qobustan qoruğu üzrə baş məsləhətçi Firuzə Muradova bizə bu pirin tarixçəsi barədə məlumat verdi. Onun sözlərinə görə Qobustanda bir neçə inanc yeri var: “Qobustanda bir neçə pir var ki, insanlar əsrlərdir o yerlərə gedir və arzularının yerinə yetməsi üçün yardım diləyirlər”.

Pirin ətrafında bir-birinin üzərinə qoyulmuş çox sayda daşlar da diqqətimizi çəkdi. Bu daşları, oraya gələn insanların arzu tutaraq qoyduqlarını öyrəndik. Ətrafda sıldırım qayalar və qayalarda bitən bir neçə ağac da diqqətimizi çəkdi. Həmin qayalıqda bir ağacın uzun illər yaşaması maraq doğururdu.

Beləliklə, sakit və tarixin uyuduğu məkanın bir hissəsini gəzərək keçmişə səyahətimiz baş tutdu…

Həmçinin oxuyun

Azərbaycan ordusu 23 min nəfərlə təlimlərə başlayır – düşmənə GÖZDAĞI

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir