Çərşənbə , Noyabr 25 2020
Home / Təbiət / Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

MediAktiv.Az

Ölkə ərazisində dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-10° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 8-11° şaxta, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Həmçinin oxuyun

Şahbuzda payızlıq taxıl əkinlərinə hazırlıq işləri aparılır

Rayonda payızlıq taxıl əkinlərinə hazırlıq işlərinə başlanılıb. Hazırda 400 hektara yaxın sahədə şum qaldırılıb. Şahbuz …