Çərşənbə , Fevral 19 2020
Home / Kriminal / Saxlanılan şəxs polisin silahı ilə özünü öldürüb

Saxlanılan şəxs polisin silahı ilə özünü öldürüb

  Lənkəranda kənd ambulatoriyasının baş həkiminin evinə basqın etməkdə şübhəli bilinərək saxlanılan şəxs özünü öldürüb.

  Mediaktiv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, özünü güllələyən şəxs Lənkəran rayon Xolmili kənd sakini, 1974-cü il təvəllüdlü Hüseynov Ramil Xudaverdi oğludur. Bildirilir ki, o, müvəqqəti saxlama məntəqəsində polis gözətçisinə xəsarət yetirərək silahını zorla alıb və özünü öldürüb.

  Qeyd edək ki, ötən ay Xolmili kənd ambulatoriyasının baş həkimi, 1950-ci il təvəllüdlü Səfərov Vahab Xalıq oğlunun evə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan baş həkim Bakıya göndərilib. Bakıdakı xəstəxanalardan birində aldığı xəsarətdən ölüb.

  R. Hüseynovun evə basqın edən şəxslərdən biri olduğu müəyyənləşib və o, həbs olunub.

  Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir