Cümə , Sentyabr 20 2019
Home / Digər / Yurddan / Yay gələnə oxşamır – Sabah şimşək çaxacaq, yağış yağacaq

Yay gələnə oxşamır – Sabah şimşək çaxacaq, yağış yağacaq

 Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz  60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub. Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, hadisə rayonun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir